“Tramp Putini dayandırmağın yolunu Donbasdan imtinada görür”

21.04.2026

Icma.az bildirir, Missiya.az portalına istinadən.

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı müharibəyə son qoymağın yeganə yolu kimi bütün Donbasın Rusiyaya təhvil verilməsini görür”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a müsahibəsində deyib.

Ukrayna lideri İranla müharibə bitdikdən sonra Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Donbası Rusiyaya təhvil verməsi üçün Kiyevə təzyiq göstərəcəyindən narahatdır:

"Onlar müharibəni bitirmək istəyirlər. Məni narahat edən odur ki, onlar bunu etməyin yalnız bir yolunu görürlər. Əminəm ki, Tramp və onun komandası müharibəni bitirmək istəyirlər. Bəs niyə biz bunun üçün pul ödəməliyik? Biz təcavüzkar deyilik. Onlar Putini dayandırmağın Ukrayna qoşunlarını öz ərazimizdən çıxarmaqdan başqa yolu olmadığını düşünürlər. Məni ən çox narahat edən odur ki, heç kim bu yanaşmanın təhlükəsizliyimizə yaratdığı təhlükəni həqiqətən qiymətləndirmir", - deyə Zelenski vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью