Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna müharibəsi ABŞ-la Rusiya arasındakı gərginliyi artırmaqdadır. Yaranmış vəziyyət ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Putinə sərt xəbərdarlıq etməyə vadar edib.
Ölkə.az xəbər verir ki, bununla bağlı açıqlama verən Tramp Putini hədələyib.
"Bunu sizə deyə bilmərəm. Ancaq iki həftədən sonra sizə xəbər verəcəyəm. Onun bizi dinləyib-dinləmədiyini biləcəyik. Dinləyirsə, bir az fərqli reaksiya verəcəyik. Əgər o, bizimlə oynayırsa, çox fərqli reaksiya verəcəyik", - ABŞ prezidenti söyləyib.
Ukraynadakı hadisələrin məyusedici olduğunu qeyd edən Tramp bildirib ki, lazım gələrsə, Putin və Zelenski ilə də görüşəcək.
Mürtəza
Ölkə.az