Tramp Putini hədələdi: “Görəcəyik nə olacaq” | Icma.az
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağınə “çox böyük ehtimal” adlandırıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, o, tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman Putinlə görüşməyə hazırdır.
Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh istədiyini xatırladıb, lakin “tanqoya iki insanın lazım olduğunu” vurğulayıb.
“Görəcəyik nə olacaq” deyən Tramp Putinin “ağıllı” olduğunu düşündüyünü bildirib.
Eyni zamanda ABŞ prezidenti Ukraynaya hərbi yardımı davam etdirəcəyini də istisna etməyib."Biz bu məsələni araşdırırıq", - o deyib.
Tramp həmçinin bildirib ki, Çin prezidenti Si Cinpinlə bu yaxınlarda söhbəti zamanı onu Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək etməyə çağırıb.“Mən dedim ki, bu işi həll etməlisiniz.
Çünki Çin lideri bu istiqamətdə çox iş görməyib."Onun da bizim kimi çox gücü var",- deyə Tramp vurğulayıb.
Tam oxu
Xəbəri oxu