“Tramp Putini inandıra biləcəkmi?” WSJ

18.03.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” qəzetinin fikrincə, qarşılıqlı güzəştlər olmadan Kremlin buna razılaşması inandırıcı görünmür. Xüsusilə, Putin Ukraynadan ərazi zəmanəti və ya digər öhdəliklər tələb edə bilər.
“Rusiyanın Xarici İşlər nazirliyi artıq açıq şəkildə bəyan edib ki, istənilən sülh sazişi, onların fikrincə, Ukraynanın neytral statusunu təmin etməli və Avropa sülhməramlılarının yerləşdirilməsini istisna etməlidir. Lakin bu, Kiyevin və onun Qərb tərəfdaşlarının əsas mövqeləri ilə ziddiyyət təşkil edir”, - nəşr yazır.
“Bloomberg” agentliyi, öz növbəsində, Putinin atəşkəs ideyasını rədd etmədiyinə, lakin bunu bir sıra şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirdiyinə diqqət çəkir. Bu vəziyyət Trampın tənqidçiləri arasında narahatlıq yaradır. Onların fikrincə, rəsmi atəşkəs naminə o, Ukraynanın maraqlarını nəzərə almadan Putinin tələbləri ilə razılaşa bilər.
- Ən pis ssenari odur ki, Tramp Kremlin tələblərini haqlı saya və güzəştə getməsi üçün Ukraynaya təzyiq göstərməyə başlaya bilər. Onun əsas məqsədi döyüşləri dayandırmaqdır və bunun üçün o, Kiyevi ərazi və ya iqtisadi güzəştlərə getməyə məcbur edə bilər”, - Amerikanın məşhur “RAND corparation” analitik mərkəzinin Rusiya siyasəti və hərbi məsələləri üzrə eksperti Enn Mari Deyli vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью