Tramp Putini yenidən ABŞ a dəvət etdi

22.08.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə birgə fotosunu nümayiş etdirərək onun 2026-cı ildə ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatına dəvət olunma ehtimalına toxunub.

Globalinfo.az xəbər verir ki, Amerika lideri çıxışı zamanı bu dəvətin hələlik rəsmi xarakter daşımadığını, lakin Rusiya liderinə bu dəvəti çatdırdığını deyib.

“Hər şey qarşıdakı proseslərin necə formalaşacağından asılıdır, amma bu dəvəti ona çatdırmışam” – deyə Tramp əlavə edib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin oyunları Nyu-York, Los-Anceles, Dallas, Atlanta, Mayami, Toronto, Vankuver, Mexiko, Qvadalaxara və digər şəhərlərdə baş tutacaq.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью