Tramp Putini yola gətirə bilmədi Sülh danışıqları dalana dirəndi | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp yenidən avropalı müttəfiqlərini Rusiyanın təcavüzünə cavab vermək üçün daha çox iş görməyə çağırıb.
Amma rusiyalı həmkarı Vladimir Putinlə dialoq kanalını açıq saxlamağa çalışan ABŞ liderinin üç həftə əvvəl Alyaskada keçirilən sammitdən sonra sülh təşəbbüsləri dalana dirənib.
Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Ağ Evin məlumatına görə, Avropa İttifaqı liderləri ilə son telefon danışığı zamanı
Tramp Avropa ölkələri Rusiyaya dəstək verən Çinə iqtisadi təzyiq göstərməyə də çağırıb.
Amerika prezidenti jurnalistlərə deyib ki, nə edəcəyimizi anlamaq üçün yaxın vaxtlarda Putinlə yenidən danışmağı planlaşdırır.
Amma Moskvanın dinc addımlar atmağı gecikdirəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların olub-olmayacağına konkret cavab verməkdən yayınıb.
CNN-nin fikrincə, Vaşinqtonun tənqidlərinə baxmayaraq, Avropa artıq Rusiya neftindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb.
Tam oxu
Xəbəri oxu