Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin istəsə, Mayamidə keçiriləcək G20 sammitinə qatıla biləcəyini deyib.
"Cebheinfo.az" xəbər verir ki, bunu Tramp bu gün Floridada yerləşən “Mar-a-Laqo” iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
Putinin sammitdə mümkün iştirakı ilə bağlı suala cavabında Tramp bildirib: “Bilmirəm. Amma o, gəlmək istəsə, bunu, şübhəsiz ki, edə bilər”.
Eyni zamanda ABŞ lideri belə bir səfərin bəzi adamların mənfi reaksiyasına səbəb ola biləcəyini də istisna etməyib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin