Bizim media saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp ölkəsinin Belarusla kalium gübrələrinin böyük həcmdə tədarükü ilə bağlı əməkdaşlıq etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp gübrələrin qiymətinin Kanadadan alınan məhsuldan xeyli ucuz olacağını deyib.
Lakin Belarusun ABŞ-a böyük həcmdə tədarük üçün kifayət qədər istehsal və logistika imkanlarına malik olmadığı bildirilir.
Belarus prezidenti Aleksandr Lukaşenko da ölkənin istehsal gücünün artıq müqavilələrlə bağlandığını açıqlayıb.
ABŞ 2021-ci ildə Belarusdan 700 min tondan çox kalium gübrəsi almışdı. Bu, 2025-ci ildə ABŞ-ın idxal etdiyi təxminən 13 milyon ton gübrənin kiçik hissəsidir. İdxalın təxminən 90 faizi Kanadanın payına düşüb.
Trampın Belarusla münasibətləri yaxşılaşdırmaq cəhdləri fonunda mart ayında ABŞ Minskə qarşı kalium gübrələri ilə bağlı sanksiyaları yumşaldıb.
Bizim.Media