Tramp Putinin tələbi ilə razılaşıb?

21.06.2025

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Vaşinqtona mesaj göndərərək Prezident Trampdan İrana hücum qərarından geri çəkilməsini istəyib.

İsrail mənbələrinə görə, Tramp hücumdan geri çəkilə bilər.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin “Kan 11” telekanalının məlumatına görə, Rusiya ABŞ-yə mesaj göndərərək onu İrana hücumdan çəkinməyə çağırıb.

Telekanalın Moskva ilə Vaşinqton arasında təmaslarda iştirak edən mənbələrə əsaslanan xəbərinə görə, “bu, təhdid deyil, Prezident Donald Trampı hücum qərarından çəkindirmək cəhdidir”.

“Kan 11”-ə danışan mənbələr həmçinin bildiriblər ki, Tramp İrana qarşı hərbi əməliyyatlardan imtina edib, diplomatik kanallara arxalanmağa davam edə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью