Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer Ağ Evin Ukrayna müharibəsini başa çatdırmaq üçün son təşəbbüslərinə şübhə ilə yanaşır.
Onun sözlərinə görə, Rusiya bu prosesi öz maraqları üçün istifadə edir və prezident Donald Trampın yanaşması "uğursuzluğa məhkumdur”.
Qaynarinfo xəbər verir ki, bu barədə Payfer "Kyiv Post”a müsahibəsində bildirib.
Payfer qeyd edib ki, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evə səfəri, Trampın Vladimir Putinlə əvvəlcədən apardığı telefon danışığı səbəbindən pozulub: "Aydın görünür ki, prezident Tramp cümə axşamı Putinin tələsinə bir daha düşdü.
Məncə, cümə günü əldə edilən nəticə iki gün əvvəlkindən tam fərqli idi”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, ən çox narahatlıq doğuran məsələ Trampın Ukraynanı ərazi güzəştlərinə məcbur etmək cəhdidir: "Zelenski və ukraynalılar, yəqin ki, çox məyusdurlar.
Çünki Ağ Ev hələ də anlamır ki, onlar niyə bütün Donbasdan imtina edə bilməzlər”, – deyə Payfer bildirib.