Tramp Putinin təqdim etdiyi sənəddən danışdı

16.08.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin ABŞ rəhbəri Donald Trampa 1000-dən çox ukraynalı hərbi əsirlərin siyahısı olan sənəd təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Fox News- a müsahibəsində danışıb .

Rusiya prezidenti Ukraynanın onları almaqdan imtina etdiyini vurğulayıb. Kiyev “onları qəbul etməyə razı olmalıdır”, – Ağ Ev rəhbəri qeyd edib.

Tramp həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini münaqişədə itkiləri etiraf etməyə çağırıb.

“Prezident Zelenski etiraf etməlidir ki, bu, onun çox şey itirdiyi dəhşətli müharibədir” – Tramp deyib.

ABŞ prezidenti əlavə edib ki, sülh sazişinin gələcəyi Ukrayna liderindən asılıdır.

Əliyar Xəlil 

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью