Tramp Putinlə bacarmadığı üçün bizə təzyiq edir Zelenski

12.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini dayandırmağın yolunu tapa bilmədiyi üçün Ukraynaya təzyiq göstərir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “ABC Nyus” telekanalına müsahibəsində deyib.

"Bu insanlar Putini necə dayandırmağın yolunu tapa bilmirlər.

Çünki Putini dayandırmaq başqalarına təzyiq göstərməkdən daha çətindir. Çünki (dizel yanacağının) qiymətlərdən danışmaq və bunu Ukrayna ilə əlaqələndirmək daha asandır. Dünyada hamı başa düşür ki, neftin və neft məhsullarının qiymətləri Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadaya alınması səbəbindən artıb",- o bildirib.

Zelenski ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmanı niyə “Putinə hədiyyə” adlandırdığını da izah edib:

"Bu razılaşma Putinə pul qazandırır, o isə həmin pulları yalnız bu müharibəyə xərcləyir. Bizi, uşaqlarımızı öldürmək üçün. Onun bu müharibəyə xərcləmək üçün çoxlu pulu var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью