Tramp Putinlə bağlı qərarını açıqladı Bakı üçün sürpriz xəbər | Icma.az
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və Rusiya prezidentləri Donald Trampa Vladimir Putin arasında gözlənilən görüşün Azərbaycanda baş tutacağı ilə bağlı iddialar səsləndirilir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, görüşün Bakıda keçirilməsi ölkəmiz üçün müsbət hal olardı, amma buna mane olan bir sıra amillər var: “ABŞ-nin yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Əsas mövzu Rusiya-Ukrayna müharibəsinin hansı şərtlər altında dayandırılması olacaq.
Dünya mətbuatı görüşdə müzakirə olunacaq mövzudan çox liderlərin hansı ölkədə görüşə biləcəklərini müzakirəyə çıxarıb.
Müxtəlif dövlətlərin adı çəkilir. Soyuq Müharibə illərində ABŞ və keçmiş SSRİ-nin rəhbərləri ya Avtsriya, ya da İsveçrədə görüşərdilər.
Çünki həri iki dövlətin qeyri-rəsmi neytral statusu vardı. Trampla Putin arasında görüş üçün İsveçrənin adı yenə çəkilir.
Tam oxu
Xəbəri oxu