Tramp: Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq

14.03.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu dəhşətli, qanlı müharibənin (Rusiya-Ukrayna – red.) nəhayət sona çatması üçün şans çox yüksəkdir.

Lakin o, eyni zamanda, minlərlə Ukrayna əsgərinin Rusiya ordusu ilə əhatəyə alındığını, çox pis və həssas vəziyyətdə olduqlarını bildirib. “Mən Prezident Putindən onların həyatlarının qorunmasını qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər”, - deyə Tramp bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью