Tramp Putinlə danışdı: Tez cavab gözləyirəm!

04.06.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Tramp görüşün yaxşı keçdiyini bildirib, lakin görüşün dərhal sülhə gətirib çıxarmayacağını əlavə edib.
Görüş zamanı Vladimir Putin Ukraynanın son hücumuna cavab verməli olduğunu çatdırıb.
Donald Tramp Vladimir Putinlə görüşündə İranla bağlı hadisələri də müzakirə edib.
Donald Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyi ilə bağlı fikirlərini Putinə çatdırsa da, Putin danışıqlarda iştirak edə biləcəyini bildirib.
ABŞ prezidenti İranın nüvə anlaşması təklifi ilə bağlı qərar verməkdə ləng olduğunu bildirib və əlavə edib ki, tez cavab verilməlidir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью