Tramp Putinlə danışdıqdan sonra onu “yaxşı centlmen” adlandırıb

20.05.2025

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra ABŞ lideri Donald Tramp onu “yaxşı centlmen” adlandırıb.

“Putin adlı yaxşı bir centlmenlə qısa söhbət. Əslində yaxşı söhbət etdik, irəliləyiş əldə etdik”, - deyə o, Ağ Evdə keçirilən şam yeməyində deyib.

Həmin gün Tramp bəyan edib ki, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməyəcək, çünki Ukraynada münaqişənin həllinə nail olmaq şansı var. O bəyan edib ki, Rusiya tərəfi, onun fikrincə, hərbi əməliyyatların dayandırılması ilə bağlı dialoqa hazırdır və bu məsələdə vaxt itirmir.

Putinlə Tramp arasında mayın 19-da iki saatdan çox davam edən telefon danışığı olub. Söhbət zamanı digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həlli də müzakirə olunub. 

Rusiya prezidenti də söhbəti mənalı, səmimi və faydalı adlandırıb.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью