Tramp: Putinlə danışıqları yarımçıq dayandırmaq istəmirəm

20.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Biz Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna məsələsi üzrə danışıqlar aparırıq. Buna görə də danışıqları prosesin ortasında dayandırmaq istəmirəm.

Bunu ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə aparılan danışıqları şərh edərkən bildirib.

"Yeri gəlmişkən, mənim istənilən vaxt, dərhal bunu etmək hüququm var. Əgər danışıqlar nəticə verməsə, bunu hər zaman edə bilərəm”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti hazırda razılaşma əldə etmək üçün danışıqlar apardığını qeyd edib.

"Mən razılaşma üzrə danışıqların ortasındayam. Razılaşma əldə etməyə çalışarkən danışıqlar apardığın insanlara qarşı belə davranmaq olmaz”, – deyə o əlavə edib.

///azərtac///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью