Tramp Putinlə danışıqların mümkünlüyünə işarə verib

08.11.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, o, seçkilərdə qalib gəldikdən sonra Rusiya prezidenti Vladimir Putinlə hələ danışmayıb, lakin bu ehtimalı mümkündür.

Bizimyol.info xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz danışacağıq. Hesab edirəm ki, bu baş tutacaq və münasibətlərimizdə yeni mərhələ balayacaq”, - deyə o, Rusiya dövlət başçısı ilə əvvəlki təmaslarının olmamasına münasibət bildirib.

Tramp həmçinin qeyd edib ki, o, seçiləndən sonra Vladimir Zelenski və İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla “təxminən 70 dünya lideri” ilə danışıb. Tramp əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenlə “çox yaxın gələcəkdə birlikdə nahar etmək” barədə razılığa gəlib.

ABŞ-da prezident seçkilərində səsvermənin rəsmi nəticələr hələ elan edilməyib, lakin Amerika mediasına görə, Respublikaçı Donald Tramp tələb olunan 270 səsə qarşı 300-ə yaxın seçici səsini alaraq qələbə qazanmış hesab edilir. O, artıq özünü ABŞ-ın 47-ci prezidenti seçildiyini elan edib. Hakim Demokrat Partiyasının namizədi Kamala Harris məğlubiyyətini etiraf edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью