Tramp Putinlə görüşü gözləyir

22.12.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözləyəcəyini bildirib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb. O əlavə edib ki, bunu “müharibənin bitməsi” üçün səbirsizliklə gözləyəcək.

Tramp Rusiya-Ukrayna münaqişəsini "dəhşət" adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu müharibə baş verməzdi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью