Tramp Putinlə görüşün nəticə verəcəyinə şübhə edir

04.12.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kremlə səfəri zamanı Rusiya lideri Vladimir Putinlə apardıqları danışıqları “yaxşı” adlandırsa da, görüşün real nəticə verəcəyinə şübhə etdiyini bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu görüşdən nə çıxacağını deyə bilmərəm, çünki tango üçün iki nəfər lazımdır”, - deyə Tramp bildirib. O əlavə edib ki, Uitkoff və Kuşner müəyyən məsələləri kifayət qədər yaxşı şəkildə işləyiblər və nəticədən razıdırlar.

ABŞ prezidenti qeyd edib ki, görüş “yaxşı” keçsə də, Ukrayna ilə bağlı sülh danışıqlarının gələcək perspektivləri hələ də qeyri-müəyyəndir:

“Bilmirəm, Kreml nə edir, amma deyə bilərəm ki, Uitkoff və Kuşnerin Putinlə kifayət qədər yaxşı görüşü olub”, - deyə o vurğulayıb.

Tramp həmçinin bildirib ki, Avropa rəsmiləri və bir çox ekspertlərin əks fikirlərinə baxmayaraq, Uitkoff və Kuşner Putinin müharibəni bitirmək istədiyini düşünürlər.

Xatırladaq ki, S. Uitkoff və C. Kuşner dekabrın 2-də V. Putinlə Ukrayna böhranının həllini müzakirə etsələr də, kompromis əldə olunmayıb.

Y. QACAR


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью