Tramp Putinlə mayın 19 da danışıqlardan sonra atəşkəsə ümid edir

17.05.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, mayın 19-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra ukraynalı həmkarı Volodimir Zelenskiyə və NATO üzrə müttəfiqlərə də zəng edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsində atəşkəsin elan olunması olacaq. Ümid edirəm ki, bu, məhsuldar bir gün olacaq və atəşkəs əldə olunacaq", – paylaşımda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью