Tramp Putinlə söhbətində Baydeni təhqir edib

09.02.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı sələfi, demokrat Co Baydeni növbəti dəfə təhqir edib. Sherg.az xəbər verir ki, Tramp  Baydenin hakimiyyət dövrünü ölkə üçün tamamilə biabırçılıq adlandırıb. Prezidentin sözlərini New York Post (NYP) sitat gətirib.

“Bayden ölkəmiz üçün biabırçılıq idi". 

Tramp ABŞ-ın keçmiş prezidentinin administrasiyasından fərqli olaraq Putinlə həmişə yaxşı münasibətdə olduğunu vurğulayıb.

Putinlə Tramp arasında söhbət, sonuncunun bəyanatına görə,  Ukraynada hərbi əməliyyatların dayandırılması imkanlarının müzakirəsindən gedib. Danışıqlardan sonra Amerika lideri Rusiya prezidentinin Ukraynadakı münaqişəyə münasibətini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью