Tramp Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib

23.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 23 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə təklif olunan görüşün Vaşinqton tərəfindən ləğv olunduğunu deyib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, NATO-nun Baş katibi Mark Rutte ilə görüş zamanı jurnalistlərin sualına cavabında bildirib.

“Bunu düzgün hesab etmədim”,- deyə Tramp səbəbini belə izah edib. O, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların niyə indi sərtləşdirilməsi ilə bağlı suala cavabında bildirib ki, bunun vaxtının artıq yetişdiyini düşündüyü üçün belə addım atıb. Tramp Rusiyanın yeni neft sanksiyalarının Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью