Tramp Putinlə telefon danışığından əvvəl razılaşma əldə edildiyini açıqlayıb

18.03.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl yekun sülh sazişinin bir çox elementləri üzrə razılıq əldə olunduğunu bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında bildirib.

Yekun sülh razılaşmasının bir çox elementləri ilə bağlı razılığın əldə edildiyini qeyd edən Tramp, tərəflər arasında hələ də həll edilməli olan məsələlərin olduğuna diqqət çəkib.

“Putinlə görüşümü səbirsizliklə gözləyirəm”,- deyə Tramp qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью