Tramp Putinlə telefonla danışacaq

12.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışıqları yaxın gələcəkdə baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz "ABC News"un efirində deyib.
Qeyd edək ki, daha əvvəl yeni seçilmiş prezident Putinlə görüşə biləcəyini dəfələrlə ifadə edib. Ötən ilin sonunda Rusiya prezidenti də Trampla görüşə hazır olduğunu bildirmişdi.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью