Tramp: Putinlə Zelenskinin görüşüb görüşməyəcəyini deyə bilmərəm

30.08.2025

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukrayna sammitinin baş tutacağına əmindir.

Gununsesi.info xəbər verir ki, Ağ ev rəhbəri Putin–Zelenski görüşünün taleyi ilə bağlı heç nə deməyib.

O bu barədə sualı belə cavablandırıb: “Bunu bilmirəm”.

“Politico” yazıb ki, ABŞ mümkün üçtərfli sammitdən  əvvəl Rusiya və Ukrayna arasında texniki danışıqlar aparmaq istəyir. 

D.Tramp bildirib ki, ərazi və təhlükəsizlik təminatını əsasən Avropa ölkələri üzərlərinə götürəcək, ABŞ isə onlara yardım etmək niyyətindədir.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью