Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqton, 22 avqust , AZƏRTAC
Putin və Zelenskinin birlikdə işləyib-işləməyəcəyini görəcəyik.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, məlum səbəblərə görə iki lider yaxşı yola getmir: “Amma biz baxacağıq. Həm də görəcəyik ki, mən orada olmalıyam, ya yox. Fikrimcə, mən olmamalıyam. Daha yaxşı olar ki, onların özləri görüşüb, nəyi necə edə biləcəklərini nəzərdən keçirsinlər”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton