Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. Məlum olduğu kimi, keçmiş ABŞ prezidenti və Respublikaçılar Partiyasının prezident
Tramp 279 nümayəndənin səsini qazanaraq prezident seçilib.“AzPolitika” xəbər verir ki, Trampın seçki zəfəri bir çox dairələrdə gözlənilməz n
Xüsusən də, aylardır iki əsas rəqib arasında sorğular keçirən mərkəzlər bu dəfə də qalibi düzgün müəyyən edə bilməyiblər.Surğu şirkətlərinin
Qeyd olunurdu ki, namizədlər arasında başa-baş bir yarış keçəcək və sonda Harris Trampı cüzi fərqlə məğlub edəcəkdi.
Amma ABŞ-dəki seçki göstərdi ki, müxtəlif yerlərə bağlı bu sorğu mərkəzləri 2016 və 2020-ci illərdə olduğu kimi, bu dəfə də yanılıblar.Xatırladaq ki, 2016-cı il seçkilərində böyük səhvə yol verən bu sorğu mərkəzləri həmin vaxt bildirirdilər ki, Hillari Klinton Donald Trampdan 3,2 xal öndədir və seçkidə o qalib gələcək.
Amma həmin ilin noyabrında keçirilən seçkidə Tramp kritik ştatlarda qalib gələrək prezident olmuşdu.
Həmçinin 2020-ci ildə Donald Tramp və Co Bayden arasında keçiriləcək seçki yarışından əvvəl anketlər Baydenin Trampı ən az 7 xal geridə qoyacağından xəbər verirdi.
Bu seçkidə Bayden qalib gəlsə də, seçki son ana qədər başa-baş, gərgin mübarizə şəraitində davam etdi və səslərin hesablanması 4 gün çəkdi.