GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qətərin ABŞ Prezidenti Donald Trampa təyyarə hədiyyə etməsi ölkənin təhlükəsizliyini təhdid edir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.
“Qətər əslində HƏMAS tərəfdarlarının etirazlarını maliyyələşdirir. Onlar ikili oynayırlar. Əgər bu ölkə ABŞ-a hədiyyə etmək istəyirsə, hərbi bazalarımızın infrastrukturuna 400 milyon dollar sərmayə qoysa, daha yaxşıdır”, – o bildirib.
Pens həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası dövlət məmurlarına xarici ölkədən hədiyyə qəbul etməyi qadağan edir:
“Yəni Tramp buna etiraz etməlidir”.
Əliyar Xəlil
Globalinfo.az