Tramp qələbəsini qeyd etmək üçün öz iqamətgahına YOLLANDI

06.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki ilə bağlı ziyafətə qatılmaq üçün özünün Florida ştatındakı Mar-a-Laqo iqamətgahına yola düşüb.
Bu barədə Bizim.Media "Associated Press" nəşrinə istinadən xəbər verir. 

MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Tramp seçkilərdə QALİB GƏLDİ - FOTO/VİDEO


Respublikaçının bu axşam toplaşmış tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir.
Eyni zamanda, materialın müəllifləri Ağ Evdəki anonim mənbəyə istinadən bildiriblər ki, Demokratlar Partiyasından namizəd Kamala Harris bu axşam ictimaiyyət qarşısında çıxış etməyi planlaşdırmır.
Xatırladaq ki, Tramp seçkilərdə qalib gəlib. O, artıq 277 səs toplayıb. Kamala Harris isə səslərin 226-nı qazanıb.
Yeri gəlmişkən, seçkilərdə qalib olmaq üçün 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью