Tramp QƏRAR VERDİ: Bu şəxslərin ABŞ a girişi qadağan ediləcək KONKRET

07.03.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq ölkələrin yeni siyahısını hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “The New York Times” məlumat yayıb.

Qəzet yazır: “Tramp administrasiyası müəyyən ölkələrin vətəndaşları üçün ABŞ-a səyahətə yeni qadağa qoyur. İlkin “qırmızı siyahı”ya artıq məhdudiyyətlərə məruz qalan ölkələr daxil edilib. Bura Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxildir. Əfqanıstanın əlavə edilməsi də nəzərdən keçirilir. Bundan əlavə, insanların girişini məhdudlaşdıracaq, lakin tamamilə qadağan etməyəcək ölkələrin “narıncı” siyahısını yaratmaq da təklif olunur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью