Tramp qərarını verib: Müharibə...

13.03.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp “Böyük yeddiliy”ə daxil olan ölkələrin liderləri ilə telefon danışığında Yaxın Şərqdəki münaqişənin sona çatması üçün müəyyən bir müddət göstərməyib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” portalı belə yazır. Ağ Evin rəhbəri bildirib ki, üzərində işlədiyi əsas məsələ əməliyyatın vaxtı ilə bağlıdır. O bildirib ki, ABŞ ilk növbədə işini başa çatdırmalıdır. Amerika Prezidenti ölkənin münaqişədəki məqsədləri və onun sona çatma müddəti barədə ikibaşlı və yayındırıcı danışıb. 

“Axios”, həmçinin qeyd edir ki, ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatı ən azı iki-üç həftə davam edəcək. Nəşrin yazdığına görə, Prezident Donald Tramp açıq şəkildə ifadə olunan ictimai məqsədləri olmasa da, əməliyyatı davam etdirməkdə qərarlıdır. 

Eyni zamanda, İsrail Trampın gözlənilməz addımlar atıb qəfildən döyüşləri dayandıracağından, bu və ya digər bəhanə ilə İran üzərində qələbə elan edəcəyindən narahatdır. Trampla danışan və portala açıaqlama verən mənbə Prezidentin hərbi əməliyyatların davam etdirilməsinə həvəslə yanaşdığını deyir.

Eyni zamanda, ABŞ hazırda dövlət aparatının işini zəiflətmək və kütləvi etirazlara nail olmaq üçün hərbi əməliyyatlar zamanı əsas diqqətini İslam İnqilabı Keşikçiləri Korpusuna yönəltmək niyyətindədir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью