Tramp Qətərin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edəcək

16.07.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu gün Qətərə səfəri çərçivəsində Baş nazir, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə Qəzza zolağında atəşkəs və HƏMAS hərəkatının saxladığı israilli girovların azad edilməsinə dair danışıqların gedişini müzakirə edəcək. 


Missiya.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Mənbənin məlumatına görə, Tramp və Qətərin Baş naziri Tehranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın əldə edilməsi üçün ABŞ və İran arasında birbaşa danışıqların bərpası imkanlarını da müzakirə edəcəklər. 

Qeyd edək ki, Qətər İsraillə HƏMAS hərəkatı arasında dialoqun əsas vasitəçilərindən biridir. 

Nurlana Əhmədova
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью