Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ ordusuna məxsus “Apache” helikopterinin pilotlarının vəziyyəti yaxşıdır.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının uçuş zolağında jurnalistlərə deyib.
O qeyd edib ki, qəza nəticəsində heç kim xəsarət almayıb.
Tramp əlavə edib ki, administrasiya gün ərzində hadisə ilə bağlı hesabat yayımlayacaq.