Tramp qəzəbləndi, tezliklə Putinlə danışacam

08.09.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Tramp Rusiyanın Ukraynadakı dəhşətli zərbələrinə reaksiya verərək buna biganə qalmadığını və tezliklə Putinlə danışıq aparacağını açıqlayıb.
Ölkə.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp son günlərdə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı atəşə tutmasını şərh edərkən deyib.
"Orada baş verənlərə biganə və ya laqeyd deyiləm. İnanıram ki, biz bunu həll edəcəyik. Amma mən onlardan razı deyiləm. Bu müharibə ilə bağlı heç nədən razı deyiləm", - Tramp bildirib.
O həmçinin  yaranmış vəziyyətlə bağlı   çox yaxın günlərdə Putinlə  danışacağını da bəyan edib.
Tramp onu da bildirib ki, bəzi Avropa liderləri Ukraynadakı müharibəni müzakirə etmək üçün bu həftənin əvvəlində Ağ Evə səfər edəcəklər.
"Bəzi Avropa liderləri bazar ertəsi və ya çərşənbə axşamı ayrı-ayrılıqda ölkəmizə gəlir və düşünürəm ki, biz bu məsələni həll edəcəyik", - ABŞ prezidenti vurğulayıb.
Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью