Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin nizamlanmasını indiyədək həllində iştirak etdiyi ən mühüm məsələ adlandırıb.
Oxu.Az xəbər verir ki, Tramp bunu "Air Force One" təyyarəsində İsrailə uçarkən jurnalistlərə müsahibəsində bəyan edib.
O, jurnalistlərin İsrail xalqına hansı mesajı çatdırmaq istədiyi barədə suala cavabında deyib: "Sevgi və əbədi sülh".
Bildirilir ki, ABŞ lideri İsrailə səfəri çərçivəsində girovların ailələri və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.