Tramp Qəzza ilə bağlı çağırış etdi: Girovlar geri qaytarılmalıdır

29.06.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad olunmasına çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkəsində yazıb.

“Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – paylaşımda deyilir.

Qeyd edək ki, Tramp daha əvvəl Qəzza zolağında münaqişənin həlli istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. O qeyd etmişdi ki, ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə zərbələri girovların azad olunmasına kömək edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью