Tramp Qəzza planını açıqladı: Bu ölkələr...

26.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Misir, İordaniya və digər ərəb ölkələri daha çox fələstinli qaçqını qəbul etməlidirlər.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Qəzzada nizam yaradılması üçün buradan daha çox fələstinli aparılmalıdır.

Tramp deyib ki, artıq məsələni İordaniya kralı II Abdullahla müzakirə edib və Misir Prezidenti Əbdul Fəttah əs Sisi ilə də müzakirə etməyə planlaşdırır:

“İstərdim ki, o, insanları qəbul etsin. Söhbət 1,5 milyon insandan gedir. Biz sadəcə nizam yaradıb deyəcəyik ki, hər şey artıq geridə qaldı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью