Tramp Qəzza sektorunu almayacağını vəd etdi

11.02.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Birləşmiş Ştatlar Qəzzanı "çox yaxşı" idarə edəcək, lakin onu almaq fikrində deyil.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Amerika liderinin sözlərinə görə, İordaniya və Misirdə fələstinlilərin yaşayacağı torpaq sahələri olacaq.

Tramp həmçinin bildirib ki, Qəzza zolağı ABŞ-ın hakimiyyəti altında yenidən qurulacaq.

Xatırladaq ki, fevralın 5-də Tramp fələstinliləri qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb. Amerika lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-ın regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib.

Zaur, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью