Tramp: “Qəzza təhlükəsizlik qüvvələrinin yaradılmasında iştirak etmək istəyənlərin sayı artır“

16.12.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında beynəlxalq stabilizasiya qüvvələrinin yaradılmasında birbaşa iştirak etmək istəyən ölkələrin sayının artdığını bildirib.

Moderator.az xəbər verir ki, məlumatı TASS yayıb.

"Getdikcə daha çox ölkə qoşulur. Onlar artıq iştirak edirlər, mənim onlardan istədiyim qədər qoşun göndərəcəklər", - deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Stabilizasiya qüvvələrinin nə vaxt fəaliyyətə başlayacağı sualına Tramp: "Onlar artıq müəyyən formada fəaliyyət göstərirlər", - cavabını verib.

Lakin o, format və tərkib barədə məlumatları dəqiqləşdirməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью