Tramp: Qəzza zolağında nizamlanmaya dair razılaşmalar tezliklə əldə olunacaq

25.09.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Qəzza münaqişəsinin nizamlanması üzrə razılaşmaların tezliklə əldə ediləcəyinə inanır.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün əvvəlində deyib.

“Düşünürəm ki, biz hansısa sövdələşməyə yaxınlaşırıq”, - Amerika lideri bildirib. O əlavə edib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində regiondakı vəziyyəti müzakirə etmək üçün bir sıra ölkələrin liderləri ilə “əla görüş” keçirib.

Tramp vurğulayıb ki, ABŞ Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan “girovların qaytarılmasını” istəyir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью