Tramp: Qəzzada müharibə başa çatıb

13.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

“Qəzzada müharibə başa çatıb”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib. O, Yaxın Şərqdə vəziyyətin normallaşacağını bildirib.

Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına inandığını qeyd edərək, insanların müharibədən yorulduqlarını vurğulayıb.

“Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq. Bunun gerçəkləşəcəyini düşünürəm”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью