Sonxeber.az saytına istinadən Icma.az xəbər verir. Tramp Qəzzada münaqişəni inaqurasiyadan əvvəl həll etmək niyyətindədir ABŞ-nin seçilmiş p
Oxu.Az-ın məlumatına görə, bu barədə respublikaçı senator Lindsi Qrem "Axios" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp anklavda atəşkəs və girovların azad edilməsi barədə sazişin mümkün qədər tez, ideal halda Ağ Evə qayıtmazdan əvvəl bağlanmasını istəyir.
"Tramp heç vaxt olmadığı qədər girovların azad edilməsinə nail olmaqda qərarlıdır və atəşkəs razılaşmasının girovlarla bağlı sazişi əhatə etməsini dəstəkləyir.
O, bunun indi baş verməsini istəyir", - deyə senator vurğulayıb ki, Tramp qətllərin və döyüşlərin dayandırılmasını istəyir.
Qrem həmçinin ümid etdiyini bildirib ki, ABŞ-nin hazırkı administrasiyası Yaxın Şərqdə atəşkəs məsələsində Trampla əməkdaşlıq edəcək.
"Ümid edirəm ki, prezident Tramp və (hazırkı ABŞ Prezidenti Co) Bayden administrasiyası keçid dövründə girovların azad edilməsi və atəşkəsə nail olmaq üçün birlikdə işləyəcəklər", - deyə o qeyd edib.
Seçki kampaniyası zamanı Tramp bəyan edib ki, qalib gələcəyi təqdirdə Yaxın Şərqdə xaosu dayandıra biləcək.