Tramp Qəzzalılar haqqındakı skandal fikirlərini təkrarladı

28.01.2025

Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Tramp Mayamidən Vaşinqtona qayıdarkən təyyarədə mətbuat mənsublarının suallarını cavablandırıb.

Sitat.info xəbər verir ki, Qəzzalıların qonşu ölkələrə göndərilməsi fikri ilə bağlı sualı cavablandıran Tramp, məsələ ilə bağlı fikirlərinin dəyişmədiyini qeyd edib: "Onların iğtişaş və zorakılıq olmadan yaşaya biləcəkləri bir bölgədə yaşamalarını istəyirəm. Qəzza zolağına baxanda görürsən ki, uzun illərdir cəhənnəm kimidir”.

Tramp qeyd edib ki, bölgədə uzun müddətdir zorakılıq hökm sürür.

Yaxın Şərqə sülhün gəlməsini görmək istədiyini deyən Tramp əlavə edib ki, insanların çox daha təhlükəsiz və daha rahat ərazilərdə yaşamasına şərait yarada bilərsiniz. 

Aytac,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью