Tramp Qəzzanı belə görmək istəyir VİDEO

26.02.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkə hesabında özünün xüsusi planı əsasında Qəzza zolağının gələcəkdə necə görünəcəyini göstərən video paylaşıb. Süni intellektlə yaradılan videoda Qəzza zolağı bir turizm mərkəzi, bir rivyera kimi nəzərdə tutulur.
Burada hündür binalar, işıqlı çimərliklər, gəzinti üçün xiyabanlar ilə əhatələnən müasir sahil zolağı, sevincli insanlar diqqəti çəkir. Videoda Donald Trampın qızıldan heykəlini, habelə milyarder, Prezidentin Baş müşaviri İlon Maskı da görürük.
Videonun sonunda Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə hovuz kənarında qarşımıza çıxır.
Tramp Qəzzanı ələ keçirir
Xatırladaq ki, Donald Tramp "Qəzza zolağı xarabalığa, təhlükəli zonaya çevrildiyi" üçün sakinlərin təhlükəsiz ərazilərə, əsasən də Misir və İordaniyaya köçürülmələri, zolağın ABŞ tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar xüsusi plan irəli sürüb. Onun bu planı bu, ya digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью