Tramp Qəzzanı yenidən gözəlləşdirmək istəyir Marko Rubio

05.02.2025

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Qəzza zolağı yenidən “gözəlləşməlidir”. 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio özünün X sosial şəbəkəsindəki səhifəsində ABŞ prezidenti Donald Trampın bu regiona nəzarəti ələ alması barədə danışmasından sonra bildirib.

“Qəzza HƏMAS-dan azad olmalıdır. Prezidentin bu gün dediyi kimi, Birləşmiş Ştatlar rəhbərliyi bunu öz üzərinə götürməyə və Qəzzanı yenidən gözəlləşdirməyə hazırdır”.

Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub, onlar Trampın təkliflərini “qovma” adlandırıblar. Netanyahu, ABŞ prezidentini dəstəkləyərək, "qeyri-standart düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью