Tramp Qəzzaya səfər edəcəyini açıqlayıb

05.02.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İsrail, Qəzza zolağı və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

O, bu səfərlərin mümkün tarixlərini açıqlamayıb.

“Mən İsrailə gedəcəyəm və ardınca isə Qəzzaya, Səudiyyə Ərəbistanına və Yaxın Şərqdəki digər yerlərə baş çəkəcəyəm”, - deyə Tramp bildirib.

Siyaətçi qeyd edib ki, Yaxın Şərq inanılmaz və gözəl insanların olduğu bir yerdir. Lakin Yaxın Şərqdə çox pis liderlər də var idi.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью