Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp qırıcı təyyarədən etirazçıların üstünə palçıq tökdüyü video yayımlayıb.
Oxu.Az "Arqumentı i faktı" nəşrinə istinadən xəbər verir ki, video süni intellekt tərəfindən yaradılıb.
Videoçarxda Tramp başında tacla qırıcı təyyarədə uçur və etirazçıların üstünə palçıq axını buraxır.
Qeyd edək ki, Nyu-Yorkda "No Kings" ("Krallara Yox") adlanan hökumət əleyhinə etirazlarda 100 mindən çox insan iştirak etmişdi.