Tramp qorxur: Qətiyyətli düşmənlə üzləşib...

20.04.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Tramp İranın neft ixracının 90 faizinin mənbəyi olan Xark adasını ələ keçirmək üçün Amerika qoşunlarını göndərməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.

"Tramp missiyanın uğurlu olacağına və bu ərazinin ələ keçirilməsinin ABŞ-ın boğaza çıxışını təmin edəcəyinə əmin idi. O, Amerika tərəfinin itkilərinin qəbuledilməz dərəcədə yüksək olacağından qorxur. Tramp seçki kampaniyasını xarici müharibələrə son qoymaq şüarları üzərində qurub. Lakin prezident kimi o, yeddi əvvəlki prezidenti narahat edən milli təhlükəsizlik problemini həll etmək üçün Amerikanın hava və dəniz gücündən istifadə edə biləcəyinə "stavka" etdi. Bu arada, İrandakı müharibə bitmə əlaməti göstərmir və əsas ticarət yolu bağlı qalır. Prezidentin impulsiv liderlik tərzi heç vaxt uzun sürən hərbi münaqişədə sınaqdan keçirilməyib. Özünə inamını artıran Venesueladakı uğurlu əməliyyatından fərqli olaraq, Tramp İranda hələlik onun tələblərinə boyun əymək istəməyən daha qətiyyətli düşmənlə üz-üzədir",- məlumatda deyilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью