Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerika prezidentləri təxminən iki əsrdir ki, Qrenlandiyanı almağa çalışırlar.
Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda çıxışı zamanı deyib.
Tramp çıxışında Qrelandiyada Danimarkanın mövcudluğuna dair heç bir əlamətin olmadığını və Danimarkanın adaya vəd etdiyindən daha az pul xərclədiyini də dilə gətirib.
"Yalnız ABŞ bu nəhəng quru hissəsini nəhəng buz parçasından qoruya, inkişaf etdirə və təkmilləşdirə bilər", - deyə o bildirib.
ABŞ prezidenti daha sonra NATO mövzusuna toxunaraq deyib ki, Alyansın müdafiəsinə daha çox sərmayə qoyur.
"Həddindən artıq güc tətbiq etmək qərarına gəlməsəm, heç bir yerə nail ola bilməyəcəyik.
Bizi dayandırmaq mümkün olmayacaq, amma etməyəcəyik", - deyə Tramp vurğulayıb.